Rusiyada Vladivostok- Novosibirsk marşrutu üzrə uçan təyyarədə xoşagəlməz hadisə baş verib.
Metbuat.az xəbər verir ki, layner havaya qalxandan bir neçə dəqiqə sonra 39 yaşlı sərnişin digər sərnişinləri narahat edib. Xəbərdarlıqlara məhəl qoymayan rusiyalı, soyunmağa cəhd edib. Nəticədə təyyarə heyəti onu oturacağına bağlayıb.
Təyyarə enəndən sonra qadın polis tərəfindən nəzarətə götürülüb.
Anar Türkeş / Metbuat.az