"Brent" markalı neftin qiyməti 71 dolları keçdi

Hazırda dünya bazarında “Brent” markalı neftin bir bareli 71 ABŞ dollarından baha satılır.

Metbuat.az xəbər verir ki, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının may fyuçerslərinin qiyməti 2,32 % artaraq bir barel üçün 71,15 dollara çatıb.

WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 2,57 % artaraq bir barel üçün 67,81 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR