x
Loading...

Salyanda avtomobil qaçıran iki qadın saxlanıldı

.

Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Salyan rayon polis şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus "Opel" markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR