x
Loading...
.

Ağır QƏZA baş verdi - Ölən və yaralılar var

.

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Metbuat.az--a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” maraklı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rüstəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

Xəstəxanaya aparılan Göygöl rayon sakini Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rüstəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

Mərhum Aytəkin Niyazova Könül Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR