x
Loading...

“Global Data”: Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək

.

2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.

Metbuat.az xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.

Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.

"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - şirkətin açıqlamasında qeyd olunub.

"Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır", - "Global Data"nın iqtisadçısı Deni Riçards bildirib. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR