x
Loading...
.

Narkotacirdən 10 kq narkotik götürülüb

.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitərin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyevşübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı sellofan torbada 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı N.Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşMartiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. M.Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR