İtkin düşən xanımın ayağı dəniz kənarında tapıldı: Polisdən İNANILMAZ AÇIQLAMA /

Avstraliyada 20 milyon dollar ələ keçirərək yoxa çıxan 49 yaşlı qadın Melissa Kaddikin ayağı tapılıb.

Metbuat.az xəbər verir ki, polis rəisi onun çürümüş ayağının evindən 340 kilometr məsafədə dəniz sahilində tapıldığını bildirib. Bununla belə, polis hələ onun sağ olduğu ehtimalını istisna etmir. Ehtimal edilir ki, xanım öz ayağını kəsərək, öldüyü barədə təsəvvür yaratmaq istəyir.

Qeyd edək ki 5 ay əvvəl o, ətrafındakı insanları aldadaraq 20 milyon dollar ələ keçirib. Bir neçə gün sonra isə yoxa çıxıb. Bu hadisə dünya mediasının gündəmini zəbt edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR