Bayden Rusiyaya hücum əmri verdi -

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı kiber əməliyyatların təşkil edilməsi barədə təlimat verib.

Metbuat.az xəbər verir ki, “New York Times” qəzeti belə iddia yayıb. İddialara görə, bir müddət əvvəl Rusiya ABŞ-ın ölkə əhəmiyyətli internet səhifələrinə kiber hücumlar təşkil edib. Bayden buna cavab olaraq tədbirlər görülməsini tələb edib. Dövlət başçısının bu barədə sərəncam imzaladığı iddia edilir. Fərmana əsasən oxşar hücumların qarşısını almaq üçün yeni təhlükəsizlik proqramı hazırlanacaq.

Bundan əlavə, Bayden Rusiyanı sanksiyalarla da cəzalandırmaq niyyətindədir. Yaxın vaxtlarda Rusiyaya qarşı yeni iqtisadi qadağaların tətbiq olunacağı gözlənilir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR