x
Loading...
.

Qanun dəyişdi: Bu məhsulun aksiz dərəcəsi 5 dəfə qaldırıldı- RƏSMİ

.


Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu qanun Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Bununla yanaşı, Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR