Türkiyə sərhədində böyük gərginlik yaşanır:

Səudiyyə Ərəbistanı hökuməti 6 ədəd döyüş təyyarəsini Yunanıstanın Krit adasındakı “Souda” hərbi bazasına gönədərəciyini bəyan edib.

Metbuat.az xəbər verir ki, təyyarələr təlimlərə cəlb ediləcək. Yunanıstan mediasının məlumatına görə, krallığın qırıcılarını Türkiyə sərhədinə göndərməsi güc nümayişidir.

Qeyd edək ki, 4 gün sonra Egey və Aralıq dənizinin şərqində Türkiyə əleyhinə olan bir neçə ölkənin iştirakı ilə təlimlər keçiriləcək. Türk hərbi gəmilərinin və qırıcılarının bölgədə olması gərginliyi artırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR