Çavuşoğlu Qırğızıstana xəbərdarlıq etdi:

“FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil eyni zamanda Qırğızıstan üçün də təhdid təşkil edir”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qırğızıstanda həmkarı Ruslan Kazakbayevlə keçirilən birgə mətbuat konfransında belə deyib. O bildirib ki, FETÖ-ya qarşı mübarizə aparmaq üçün Türkiyə dəstəyini əsirgəmiyəcək.

Kazakbayev isə bəyan edib ki, Qırğızıstan və Türkiyə qardaş ölkələrdir və iki dövlət arasında siyasi fikir ayrılığı yoxdur.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR