SON DƏQİQƏ: Ukrayna ordusu hərəkətə keçdi -

Rusiya və Ukrayna arasında gərginlik son illərdə ən yüksək səviyyəyə çatıb. İddialara görə, Ukraynanın şərqində ciddi hərəkətlilik yaşanır.

Metbuat.az xəbər verir ki, Ukrayna ordusunun separatçıların işğalı altındakı bölgəyə hərbi qüvvə topladığı irəli sürülür. Rusiya Dumasının Müdafiə Komitəsindən bildirilib ki, Ukrayna rəhbərliyi Donetsk istiqamətində hücuma keçsə, Rusiya rus dilində danışan əhalini müdafiə edəcək. Rusiya tərəfi Kiyevi Minsk sazişini pozmaqda ittiham edir. Moskvada hesab edirlər ki, Ukrayna ordusu yaxın iki-üç ay ərzində hücuma keçməyi planlaşdırır.

Məlumata görə, Rusiya əsasən Ukraynanın pilotsuz uçuş aparatlarına qarşı hazırlıq görür. Kreml vəziyyəti dəyərləndirmək və orduya lazımi təlimatları vermək üçün komandanları toplantıya çağırıb. Gərgin vəziyyətlə əlaqədar sakinlərə bölgədən köçmək tövsiyyə edilib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR