Azərbaycan üçün kritik il: Bu avtomobillərə qadağa qoyulacaq -

Dünyada enerji qaynaqları üzərində gedən mübarizə 2030- cu ilə qədər yeni bir yola istiqamətlənəcəkdir. Tədqiqatçılar neft və qaz ehtiyatlarının 2030-cu ildən sonra daha da aşağı düşəcəyini proqnozlaşdırır.

İqtisadçı ekspert Elman Sadıqov Metbuat.az-a bu barədə danışaraq bildirdi ki, dünyada 2030-cı il daha kritik il hesab olunur. Çünki,sadalanan ildən sonra neftə olan tələb indiki vaxtdan 1.5-2 dəfə az olacaqdır.


“Hazırda ABŞ tərəfindən yaşıl enerjiyə trilyonlarla dollar sərf edilərək qəbul edilməsi real olan proqramlar üzərində təkmilləşdirmə işləri aparılır.

Son vaxtlar sürətli bir şəkildə elektromobil bazarının genişlənməsi, dünyanın əsas aparıcı avtomobil istehsalçılarının elektriklə işləyən avtomobillərə üstünlük verməsi və bu avtomobillərin maya dəyərinin ilbəil aşağı düşməsi gələcəkdə neftdən olan asılılığdan uzaqlaşmaqla bağlı tam hazırlıqdır.

Neft istehsalının təqribən 60-65 faizi benzinin istehsalına yəni yanacağa sərf edilir. Avropa ölkələrindədizellə işləyən avtomobillərin qadağan olunacağı xəbərləri də artıq neftə olan tələbatın azaldığına işarədir’’.


Dünya 10 il sonra baş verəcək hadisələrə hazırlaşdığı bir zamanda neft ölkəsi olan Azərbaycanı hansı reallıqlar gözləyir?

Elman Sadıqov deyir ki, 2020-ci ildə dövlət neft fondunun gəlirləri 2011-ci illə müqayisədə 3.5 dəfə azalmışdır.

Bu həm də azalan istehsalla bağlıdır. Çünki azalan istehsalımız 2011-ci illə müqayisədə 2 dəfəyə qədər aşağı düşmüşdür.

Nəticədə bütün bu faktları nəzərə alıb deyə bilərik ki, Azərbaycanın neft gəlirləri həm istehsal, həm qiymət baxımdan 2030-cu ildə yüksək olmayacaqdır.

Bəs çıxış yolu nədir? İqtisadiyyatımızın dayanıqlı inkişafı necə təmin edilməlidir?


President of Azerbaijan: A new phase is beginning for the Absheron gas  condensate field

“Hər il Azərbaycanda əmək bazarına yeni potensial işçi qüvvəsi- 100 minə yaxın gənc daxil olur.

Onları iş ilə təmin etmək, yeni iş yerlərinin açılması, ixracda və büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılması Azərbaycanın qarşısında duran əsas iqtisadi çağırışlardır.

Bu gün mövcud olan neft gəlirləri, həmin qarşıda duran məsələləri həlll etmək üçün ciddi imkan yaratmaqdadır.

Biz bu imkandan maksimum istifadə etmək ilə gələcəkdə neftə olan həsasslığımızın azalmasını təmin edə bilərik.

Çalışmalıyıq ki, iqtisadiyyatımızın dayanaqlı inkişafını təmin etmək üçün neftdən asılılığ daha da azalsın. Buna həm də ona görə nail olmalıyıq ki, dünyada artıb –azalan neft qiymətləri iqtisadiyyatımızı “həyəcanlandırmasın”.

Ekspert qeyd etdi ki, Azərbaycan hələ uzun illər neft-qaz ölkəsi kimi qalacaqdır.

S&P Global Ratings прогнозирует стабильность валютного курса - ZERKALO.AZ -  Новости Азербайджана и мира.

Xüsusilə qaz ilə bağlı uzunmüddətli layihələr icrasını gözləyir. Amma biz qazdan gələn gəlir ilə neftdən əldə olan gəliri bərabər tuta bilmərik.

Hər nə qədər Tanap və Tap kimi layihələr uğurla icra edilsə də, bizim qaz ilə bağlı ixrac potensialı imkanlarımız çox olsa da bu neftdən əldə olunan gəlir ilə eyni deyildir.

Məhz bütün bu sadalananlar nəzərə alınaraq biz qeyri-neft sektorunun daha sürətli inkişafına çox önəm verməliyik. Çünki, dünya alternativ enerji mənbələri və texnologiyanın inkişafı sahələrində proqnozlaşdırılanlardan daha sürətli bir yol qət etməkdədir. Post-pandemiya dövründə bu istiqamətlərdə sıçrayışların olacağı ehtimalı daha da artmışdır.

Qeyri-neft sektorunun inkişafı dedikdə təkcə kənd təsərrüfatı və turizm deyil, həm idxalı əvəzləyən, həm də yeni ixrac malları istehsal edəcək müəssisələrin yaradılması da nəzərdə tutulur.

Bu isə zamanla ölkəyə valyuta axını artırmaqla bərabər azalan neft gəlirlərini də kompensasiya edəcəkdir. Təbii ki, baş verən müsbət dəyişikliklər hər birimizin büdcəsinin artmasına da təsir göstərəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR