x
Loading...

"Ferrari" yeni avtomobilini təqdim etdi

"Formula 1"də çıxış edən "Ferrari" komandası 2021 mövsümü üçün bolidini təqdim edib.

Metbuat.az xəbər verir ki, avtomobil SF21 indeksini alıb.

Yeni maşının martın 11-də çəkiliş gününün gedişində trasda sınaqdan çıxarılacağı gözlənilir. Martın 12-də isə Bəhreyndə mövsümöncəsi "Formula 1" testləri start götürəcək.

Qeyd edək ki, 2021-ci ildə "Ferrari" komandasına yeni pilot Karlos Sayns qoşulub. İspaniyalı sürücü 4 qat dünya çempionu Sebastyan Fetteli əvəzləyib və Şarl Leklerlə cütlük təşkil edib.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR