x
Loading...

İlk dəfə "Qarabağ İnkişaf Forumu-2021" keçiriləcək - FOTO

.

Azərbaycanda bu il ''Qarabağ İnkişaf Forumu-2021'' keçiriləcək.

Metbuat.az özəl olaraq xəbər verir ki, 14 mart saat 20:00-da “Karabakh is Azerbaijan” Platforması və “Azərbaycan Gənclik Platformu”nun birgə təşkilatçılığı ilə “Qarabağ İnkişaf Forumu” baş tutacaq.

İki paneldən ibarət forumda dünyaca məşhur, hər iki Qarabağ müharibəsində fotoqraf-jurnalist olaraq iştirak etmiş Reza Deghati, CNN Türk-ün müxbiri Fulya Öztürk, “Qarabağın Azərbaycan İcması İB”in sədr müavini, professor Gülməmməd Məmmədov, “Böyük Orta Şərq” layihəsinin müəllifi, Qarabağ münaqişəsiylə bağlı son 15 ildə 50-dən artıq debatda iştirak etmiş politoloq Əli Hacızadə, Milli Məclisin Cəbrayıl rayonu üzrə deputatı Ceyhun Məmmədov, ölkənin turizm sahəsi üzrə professional mütəxəssislərindən biri, səyyah-jurnalist Azər Qərib çıxış edəcək.

Forumun məqsədi gəncləri keçmiş Qarabağ münaqişəsinin tarixi və siyasi aspektləriylə tanış etmək, qarşıda duran inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır.
Forumun iştirakçı sayının 1000 nəfərdən artıq olacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ İnkişaf Forumu”nun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR