x
Loading...
.

Şərqşünaslıq İnstitutunda tədbir: Vətən müharibəsində şərqşünaslar fəal iştirak ediblər

.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar təşkilatı tərəfindən “Vətən müharibəsində ön və arxa cəbhədə fəal iştirak etmiş şərqşünaslar" mövzusunda tədbir keçirilib.

İnstitutdan Metbuat.az- a bildirilib ki, tədbirdə Qadınlar təşkilatının sədri, dosent Xanımzər Kərimova 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında Şərqşünaslıq İnstitutunun əməkdaşlarının da olduğunu deyib.

Bildirib ki, institutun əməkdaşları həm ön cəbhədə vuruşublar, həm də Azərbaycan həqiqətlərini Şərq ölkələrinə, eləcə də Qərbin ərəbdilli kütləvi informasiya vasitələri ilə dünya ictimaiyyətinə yayıblar.

Onlar, demək olar ki, hər gün xarici ərəb və farsdilli kanallarda çıxış edib, müsahibələr verib, teledebatlara qatılıb, məqalələrini müxtəlif qəzetlərdə və saytlarda dərc etdiriblər.

X.Kərimova İordaniyanın, Misirin, Livanın, Qətərin, İranın, Özbəkistanın, Qazaxıstanın, Böyük Britaniyanın, ABŞ-ın və digər ölkələrin KİV-lərində Azərbaycan həqiqətlərinin bəyan edilməsində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun, elmi işçilər Elnur Mustafayevin və Samid Bağırovun xüsusi xidmətlərini qeyd edib.

O, həmçinin institut kollektivinin ordumuza dəstək məqsədilə müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna və “YAŞAT” Fonduna vəsait köçürdüyünü bildirib.

Sonra institutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar.

İnstitut əməkdaşlarından Gülər Qafqazlı, Sübhan Talıblı, Elnur Mustafayev, Samid Bağırov müharibə dövründə xarici KİV-lərdə çıxışları, məqalələri barədə danışıb, bu fəaliyyətlərini davam etdirdiklərini bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR