Bakıda xanımlar ən çox hansı salonda, neçəyə bəzənir? -

Azərbaycanda xanımlar bəzənib-düzənməyi, salonların xidmətindən istifadə etməyi çox sevirlər.

Rəsmi rəqəmlərə görə, təkcə Bakıda salonların sayı 2 mindən çoxdur, hələ bunun qeydiyyata düşməyəni, evində işləyənləri var.

Bəs ölkədə xanımlar daha çox hansı salonların xidmətindən istifadə edir?

Metbuat.az xəbər verir ki, aparılmış sorğu nəticəsində məlum olub ki, ilk üçlükdə ‘’ŞAFA’’ studio, ikinci yerdə ‘’Face studio’’ və nəhayət üçlük ‘’Saxara’’ studio ilə tamamlanır.

Təbii ki, xanımların müntəzəm baş çəkdikləri salonların üstünlükləri var.

Bəs həmin üstünlüklər hansılardır?


Sorğu zamanı bəlli olub ki, xanımlar üçün salonda ustanın səmimi münasibət göstərməsindən başqa, məkanın təmiz və səliqəli olması, xidmət qiymətlərinin münasibliyi, kollektivin müştəriyə xoş davranışları və ən sonunda daimi müştərilərə əlavə endirim edilməsi əsas göstəricilər sayılır.

Bəs gözəlliyinin qayğısına qalan qadınlarımız hansı hallarda xidmətindən yararlandığı salonlara bir daha üz tutmaya bilərlər?

Birinci səbəb kimi ustanın əl işinin keyfiyyətli olmaması göstərilib. İkinci səbəb isə ustanın öz işini tələbəsinə gördürməsi olduğu bəlli olub.

Əgər salonda müştəriyə xidmət göstərən usta onu vaxtında görüb bitirməsə,və yaxud hər hansı bir səbəbdən yubanmaların baş verməsinə səbəb olsa, məhsuliyyətsiz davranarsa bu zaman o anda ‘’klient’’-ni itirmiş olacaqdır. Elə araşdırma zamanı da sorğu iştirakçıları bu haldan narazı qaldıqlarını bildirdilər.


Bəs salonlarda göstərilən müxtəlif proseduraların qiyməti nə qədərdir?

Hazırda gözəllik salonlarında manikür və ‘’şellak’’ xidməti 10-50 azn arasında dəyişilir.

Saç rənglənməsi və tonların dəyişdirilməsi xidməti isə 20-120azn amma saçların kerotinlə açılıb düzləşdirilməsi 120-150azn-ə edilir.

Saç kəsimi və uclarına qulluq isə bir az ucuz 10-50azn-ə başa gəlir.

Saçlara mezoterapiya 50azn, üzə pilinq edilməsi 150azn, kipriklərinizə əl gəzdirmək isə 80 azn-ə mümkündür.

Əgər üzünüzə kosmetoloji qulluq etmək istəsəniz 200-300 azn-dən keçməli olacaqsınız. Salon xidmətləri və hansı salonun daha yaxşı xidmət göstərdiyini isə əsasən xanımlar dost və yaxınları həmçinin sosial şəbəkədən əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR