Prezident: Qazaxıstan koronavirusla bağlı təhlükəli mərhələni keçdi

“Qazaxıstan koronavirusla bağlı təhlükəli mərhələni keçdi”.

Metbuat.az xəbər verir ki, prezident Kasım-Jomart Tokayev belə açıqlama verib. O, bununla belə xalqı təmkinli olmağa, ehtiyatı əldən verməməyə çağırıb. Prezidentin sözlərinə görə, koronavirus üzərində yalnız peyvəndin köməkliyi ilə qalib gəlmək olar.

Qeyd edək ki, bu ilin sonuna qədər Qazaxıstanda 6 milyon nəfər peyvənd ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR