x
Loading...
.

Koronavirus artmaqda davam etsə, yenidən çətin vəziyyətlə üz-üzə qala bilərik - AÇIQLAMA

.

Son günlərdə ölkəmizdə koronavirusa yoluxma sayında nəzərəçarpacaq artım ciddi narahatlığa əsas verir. Belə olan vəziyyətdə təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət yaranır, əks halda, ötən ilin dekabr ayında olan çətin vəziyyətlə üz-üzə qala bilərik.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, koronavirusun yeni Britaniya ştammının qonşu ölkələrə gəlib çıxdığı bir vaxtda Azərbaycanda yoluxmaların artması bizi kifayət qədər ehtiyyartlı olmağa vadar edir:

"Bildiyiniz kimi, koronavirusun yeni ştammları daha aqressivdir, daha yoluxdurucu virusdur və daha ağır fəsadlara səbəb olur. Koronovirusun bu ştammı artıq qonşumuz olan Rusiyada, Gürcüstanda aşkar olunub. Belə bir zamanda Azərbaycan daxilində də yoluxmaların artması həyəcan təbili çalır. Ona görə də heç kimdə arxayınlıq yaranmamalıdır. Maksikmum dərəcədə gigiyenik qaydalara əməl etməliyik, özümüzü virusdan qorumalıyıq, əks halda, yenidən sərt karantin rejimi qaçılmaz ola bilər".

Deputat, həmçinin koronavirusa qarşı vaksinasiya prosesinin yoluxmalara təsirindən danışıb. O qeyd edib ki, bəzi insanlar peyvənd barəsində mənfi rəy yaradırlar:

"Artıq 430 mindən çox insan vaksinaksiya olunub. Vaksin olunanların sayı artıqca yoluxmalar azalacaq. Belə olan halda ciddi yumşalmalar ola bilər.

Vətəndaşlarımız nəzərə almalıdır ki, dünya dövlətlərinin az bir hissəsi, təqribən 10-15 faizi peyvənd əldə edə bilib. Çətinliklərə baxamayaraq, cənab Prezident vaksinin Azərbaycana gətirilməsini təmin edib. Ölkəmiz 4 milyon doza peyvənd əldə edib. Lakin vaksinasiya zamanı çətinliklər müşahidə olunur, çünki bəzi insanlar sosial şəbəkələrdə yanlış informasiyalara istinad edərək vaksinasiyadan imtina edirlər ki, bu da yoluxmaların sayının artmasına səbəb olur.

Eyni zamanda, birinci doza vaksini alan bəzi insanlar ikinci dozanı almağa səthi yanaşırlar, vaxtında gəlmirlər. Bütün bunların nəticəsi olaraq yoluxmaların sayında artım müşahidə olunur. Yoluxmaların sayı ötən il dekabr ayında 4 mindən artıq idisə, bu ilin fevral ayında 70-ə qədər düşmüşdü, lakin son günlər 500-dən yuxarı qalxıb. Hesab edirəm ki, yenidən dekabr ayındakı vəziyyətə qayıtmamaq üçün tədbirlər görməyə zərurət yarana bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR