x
Loading...
.

BNA hazırda Bakıda sıxlıq olan küçə və prospektlərin adlarını açıqladı - SİYAHI - FOTOLAR

.

Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunmaqdadır.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti) sıxlıq Ziya Bünyadov prospekti - Əsas yol - (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) - sıxlıq

Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) - sıxlıq

Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq
Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) - nisbətən sıxlıq

A.Nobel prospekti - (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində) - sıxlıq

Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində) - sıxlıq

28 May küçəsi - (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) - sıxlıq

Tbilisi prospekti - (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində) - sıxlıq

Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində) - sıxlıq

Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) - sıxlıq



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR