SON DƏQİQƏ: Bölgədə şiddətli toqquşmalar gedir -

Rusiya xüsusi təyinatlıları Donetskə göndərib.

Metbuat.az xəbər verir ki, Ukrayna mediasının iddiasına görə, son 24 saat ərzində vəziyyət daha da ağırlaşıb. Məlumata görə, bölgədə silah səsləri eşidilir. Tərəflərin ağır silahlardan istifadə etdiyi irəli sürülür. Rusiyameyilli hərbçilər arasında ölənlərin olduğu bildirilir.

Rəsmi Kiyevin iddiasına görə, rusiyameyilli qüvvələr yaşayış məntəqlərində mövqe tutmaqla dinc sakinlər üçün təhlükə yaradır. Separatçılar isə bildirir ki, Ukrayna ordusu 1 ildən sonra ilk dəfə Zolote bölgəsi istiqamətində hücuma keçib. Bu hücum irimiqyaslı əməliyyatlara hazırlıq kimi dəyərləndirilir.

Ria novosti agentliyi də bölgədə şiddətli atışmaların getdiyinə dair xəbər yayıb. Agentliyin məlumatına görə, tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR