Xeyli miqdarda peyvənd anbarlarda saxlanılır -

ABŞ-da koronavirusla bağlı peyvənd qalmaqalı davam edir.

Metbuat.az xəbər verir ki, xeyli miqdarda “AstraZeneca” peyvəndləri xüsusi anbarlarda saxlanılır. “New York Times” qəzetinin məlumatına görə, Səhiyyə Nazirliyi “AstraZeneca” peyvəndinin istifadəsinə hələlik icazə vermədiyinə görə, istifadə edilmir. Halbuki, “AstraZeneca” peyvəndinin istifadəsinə icazə verən ölkələr onu əldə edə bilmir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden may ayının 1-nə qədər bütün amerikalıların peyvənd olunacağını açıqlayıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR