Çavuşoğludan açıqlama - Daha bir ölkə Türkiyə ilə barışdı

“Türkiyə və Misir arasında diplomatik əlaqələr başlayıb”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, ölkələr təmasların başlaması üçün ön şərt irəli sürməyib:

“Bizdən heç bir şərt getmədi. Misirlilərdən də gəlmədi. Heç bir ön şərt yoxdur. Amma illərlə əlaqə olmadığına görə, münasibətlərin 1 gün ərzində düzəlməsini gözləmək düzgün deyil".

Qeyd edək ki, iki gün əvvəl Türkiyə və İsrail arasında danışıqların başladığı açıqlanıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR