Sosial yardımı bu YOLLA almaq istəyənlərin NƏZƏRİNƏ:

“Əgər vətəndaşın ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq hüququ varsa, özü rahat şəkildə sənədlərini sistemə daxil edə bilər”.

Metbuat.azreport”a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

DSMF sədri bildirib ki, bəzən vətəndaşlar “makler”lər tərəfindən özlərinə ÜDSY düzəltdirir:

“Hüquqi cəhətdən düzgün şəkildə göstərilən xidmətə etiraz və arqumentimiz yoxdur. Amma əgər ÜDSY təyin olunması üçün vətəndaşın məlumatının saxtalaşdırılması olursa, təbii ki, bu, qanun pozuntusu, hətta cinayətdir.

Bəzən vətəndaş heç bir yerdə işləmir (halbuki ÜDSY iş yeri olan şəxsə verilir), amma “makler” tərəfindən saxta müəssisədə işləməsi və müqaviləsinin olduğu göstərilir. Sistemə də məlumatlar daxil edildikdə vətəndaşın adı işləyən kimi görünür.

Qeyd edim ki, vətəndaşa ÜDSY təyin olunduqdan sonra mütəmadi monitorinqlər həyata keçirilir və müşahidə edilir ki, müəssisədə adı qeyd olunan 200 nəfərin hamısı ÜDSY alır. Halbuki onların heç biri üçün sığorta ödənişi edilmir.

Çünki əmək haqqından sosial sığorta ödənişi edilməlidir. Ona görə də ÜDSY təyin ediləndən bəzən 2 gün sonra həmin müəssisə vətəndaşın müqaviləsinə xitam verir.

Bu kimi faktlarla bağlı dərhal aidiyyəti üzrə müraciət edilir. Misal olaraq, 20-yə yaxın müəssisənin qeyri-qanuni fəaliyyəti ilə bağlı prokurorluq orqanlarına müraciət edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR