x
Loading...

Məşğulluq programına 3700-ə yaxın şəhid və qazi yaxınları cəlb edilib

.

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslər aktiv məşğulluq proqramları vasitəsilə sosial dəstəklə təmin edilirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbut.az-a verilən məlumata görə, postmüharibə dövründə bu kateqoriyalardan olan 3700-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilməsi işləri aparılır.

645 nəfərin isə ödənişli ictimai işlər, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları vasitəsilə məşğulluq məsələlərinin operativ həllinə dəstək göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR