Dəhşətli təyyarə qəzası -

Qazaxıstanda sərhəd xidmətinə məxsus "AN-26" təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, qəza Alma-ata aeroportunda baş verib.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus təyyarənin göyərtəsində olan altı nəfərdən 4-nün öldüyü, 2-nin isə yaralandığı bildirilir. Ehtimallara görə, təyyarə uşuş-eniş zolağında qəzaya düşüb.

Hadisə yerinə dərhal xilasedicilər göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR