Nazirlikdə kadr dəyişikliyi:

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Metbuat.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bakı Dövlət Sirkinə yeni direktor təyin edilib.

Əmrə əsasən, bu vəzifəyə Elmir Hüseynov təyinat alıb.

Faktı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, sirkin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə martın 7-də, 67 yaşında vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR