“Bitcoin”in qiymətində yeni rekord

Dünyanın ən məşhur kriptovalyutası olan “Bitcoin”in qiymətində yeni rekord qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu gün 60,6 dollara qədər yüksəldikdən sonra geri çəkilərək, 59,9 dollara realizə edilib.

Bu qiymətlə “Bitcoin” yeni rekorda nail olub.

Qeyd edək ki, fevralın 21-də 58 min dollar çatan “Bitcoin” qiymətləri ertəsi gün 50 dollardan da aşağı düşmüşdü.

Kriptovalyutaya qarşı münasibəti birmənalı olmayan tanınmış iş adamı Bill Qeyts dünən açıqlamasında “Bitcoin”in emalı prosesinin ətraf mühitə zərər verdiyini bildirib və bu valyutaya yatırım etməməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR