Razılıq əldə olundu: Sülh danışıqları Türkiyədə keçiriləcək

“Türkiyə etibar edə biləcəyimiz dost ölkədir. Sülh danışıqlarının Türkiyədə keçirilməsi atəşkəsin zəmanət altına alınmasına səbəb olacaq”.

Metbuat.az xəbər verir ki, Əfqanıstanın Xarici İşlər naziri Hanif Atmar türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə baş tutan telefon danışıqlarının yekunlarına dair açıqlamasında belə deyib. Onun sözlərinə görə, sülh danışıqlarınan Türkiyədə baş tutması problemin siyasi həlli istiqamətində atılan önəmli addım olacaq. Diplomat toplantının gündəmi və iştirakçılarının müəyyən edilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, Əfqanıstan hökuməti ilə Taliban qruplaşması arasında növbəti danışıqların aprel ayında Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR