"Dəfələrlə xəyanət edib, qastrol adıyla evdən çıxırdı..." -

Əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə xanım onun xəyanətindən danışıb.

Metbuat.az xəbər verir ki, o, "Onun sirri" proqramında aktyorun ona dəfələrlə xəyanət etdiyini söyləyib:

"Cavanlıqda dəfələrlə xəyanət edib, üzünə vurmamışam. Hiss etmişəm, amma demirdim. Pərdə saxlayırdım. Gedirdi-gəlirdi, qastrol adıyla evdən çıxırdı. Amma axşamlar qayıdırdı. Eşitdim, mənə dedilər, qayıtdım ki, cavandır, kişidir, eybi yoxdur. Hərdən gecələr gəlmirdi, yalandan deyirdi işim var idi. Amma həmişə evə girəndə gülə-gülə qarşılayırdım. Bir dəfə boynunda qırmızı ləkə gördüm, qadınam, anladım, ancaq soruşdum, cavab vermədi. Hərdən üzündə zər olurdu. Sonra eşitdim ki, ayrılıb. Şükür etdim ki, ayrılıb.

Onu özümdən də çox istəyirəm. 26 ildir ailə qurmuşuq. Nə etsə də, danışmamışam. O mənim həm anam, həm atamdır. Uşağım yoxdur deyə, həm balam, həm həyat yoldaşım, həm ürəyimdir".

"26 ildir evdə olanda yadıma gəlmir ki, özüm corab geyinib, yatanda çıxarım. Ancaq xanımım edib. Uşaq kimi qayğıma qalıb. İndi verilişə gələndə maşınıma termosda çay, şirniyyat qoyub. Mənə belə qulluq edir" deyə, R.Rəhmanov deyib. (axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR