Türkiyədə azərbaycanlı yaralı qadını atıb açdı

Türkiyədə azərbaycanlı yaralı qadını atıb açdı
11:59 25 Dekabr 2014
80 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə polis bir qadının qətlində şübhəli bilinən azərbaycanlı kişini saxlayıb. ANS PRESS-in məlumatına görə, Qaziosmanpaşada dekabrın 13-də ağ maşın xəstəxanalardan birinin önünüə yaralı qadın ataraq uzaqlaşmışdı.
Qadının silahla vurulduğu bəlli olub. Qadın əməliyyata masasına çatmamış ölüb.

Qısa araşdırmadan sonra onun 23 yaşlı Ela adlı qadın olduğu bəlli olub. Qadının telefon danışıqları yoxlanılandan sonra onun ən son Azərbaycan vətəndaşı S.B ilə əlaqə saxladığı bəlli olub.

Adı açıqlanmayan kişi polis tərəfindən saxlanılıb. O, ifadəsində hadisə baş verən gün Ela ilə birlikdə bir qadın dostları ilə görüşə getdiklərini deyib. Lakin qadının əri onlara mane olub. "O, bizə "siz arvadımı pis yola salırsınız" deyərək atəş açdı. Sonra isə qaçdı. Mən qorxumdan nə edəcəyimi bilmədim və Elanı xəstəxana önünə ataraq qaçdım".

Azərbaycan vətəndaşının bu ifadəsindən sonra qətli törədən şəxsi tutmaq mümkün olub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR