"Simurq"un üçüncü "imtahanı" - YENİLƏNİR

"Simurq"un üçüncü "imtahanı" -   YENİLƏNİR
15:07 18 Yanvar 2015
138 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" bu gün üçüncü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini Qazaxıstan klubu ilə oyunda sınayacaq. Belə ki, "Simurq" "İrtış"la qarşılaşacaq.

Qeyd edək ki, "İrtış" klubu 1965-ci ildə yaradılıb. Komandaya Estoniya yığmasının sabiq baş məşqçisi Tarmo Rüütli başçılıq edir.

"Simurq" bundan əvvəl Antalyada "Şaxtyor"a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, "Duysburq"a (Almaniya) uduzub - 1:4. Zaqatala klubu yanvarın 21-də "Astra" (Rumıniya), 24-də "Volın"la (Ukrayna) qarşılaşacaq.

Antalya
Yoxlama oyunu
18 yanvar

Simurq (Azərbaycan) - İrtış (Qazaхıstan)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquotun-ucuncu-quotimtahanquot-t17571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR