Bakı merinin müavini işdən azad edildi -

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova vəzifəsindən azad edilib.

Metbuat.az cebhe.info-ya istinadən xəbər verir ki, Fidumə Hüseynova müvafiq sərəncamla işdən azad olunub.

Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışırdı. Fidumə Hüseynova daha əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR