x
Loading...

Prezident Hadrut əməliyyatından DANIŞDI - İLK DƏFƏ / VİDEO

Füzuli şəhəri Hadrutdan sonra, oktyabrın 17-də azad edildi. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.

Metbuat.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycan bayrağını qaldırdıqdan sonra hərbi əməliyyatların gedişi barədə danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər”.

Prezident İlham Əliyev deyib ki, Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. “Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Hadrutun azad edilməsi Şuşa əməliyyatının uğurlu keçirilməsində önəmli rol oynayıb. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”, - deyə Prezident vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR