Paşinyanın sürgünə göndərilməsi barədə AÇIQLAMA -

Azərbaycan ordusunun Qarabağ zəfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etiraz dalğası səngimir.

Metbuat.az xəbər verir ki, bu dəfə keçmiş prezident Levon Ter-Petrosyan Paşinyanı istefa verməyə çağırıb. O bildirib ki, Paşinyanın ölkədən göndərilməsi vəziyyəti nisbətən sabitləşdirəcək. Hökumət başçısının sürgünə göndərilməsi və istefası barədə çağırış edən keçmiş prezident, başqa yolun olmadığını, hakimiyyətə etibarın qalmadığını ifadə edib. Onun sözlərinə görə, növbədənkənar seçkilərin hakimiyyətin nəzarəti altında keçirilməsi yaxşı nəticə vəd etməyəcək:

“Ölkənin rəzil seçkilərdən birinə şahid olmaması üçün Paşinyan dərhal istefa verməli və müvəqqəti də olsa sürgünə göndərilməlidir. Hakimiyyət müvəqqəti olaraq heç bir partiyaya üzv olmayan şəxsə etibar edilməlidir”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR