Ayda yaşamaq istəyənlərin DİQQƏTİNƏ!

Alimlər Aydakı həyatın gözləniləndən çox daha qısa müddətdə başlayacağı ilə bağlı yeni məlumatlar verməyə başlayıblar.

Məsələ ondadır ki, yer üzündə həddindən artıq populyasiya və kosmik texnologiyanın inkişafı gələcəkdə Ay səthində yaşamaq üçün ehtiyac yaranacağına işarə edir.

Metbuat.az xəbər verir ki, “ SpaceX” və “Blue Origin” kimi şirkətlər illərdir kosmosun müstəmləkəçiliyi üzərində çalışarkən NASA, Aydakı sabit həyatı araşdırmaq üçün 2024-cü ildə Artemis adlı missiyasına başlayacaq.

Ay’da bir ev inşa etmenin maliyeti ve 4 kişilik bir ailenin zorunlu giderleri ne kadar? Tüm yönleriyle araştırıldı - 1

İngiltərənin Money adlı bir maliyyə firması Ayda bir ev tikməyin xərclərini və bunun nə qədərə mümkün olacağını hesablayıb. Təqribən Ay səthində yaşamağ 325.000000 dollara (təxminən 552,500 milyon manat) başa gələ bilər.

Aydakı bir evin dəyərini hesablamaq üçün bir neçə amildən istifadə edilir. Bura ev tikmək üçün lazım olan xammal, Ay atmosferini qurmaq üçün lazım olan xüsusi materiallar, onu qurmaq üçün səyahət etmələri lazım olan astronavtlar və təchizat daxildir.

Evlərin qiymətinə hava sızdırmazlığı, güclü kondisionerlər və qızdırıcılar, meteor keçirməyən pəncərələr, izolyasiya və evdəki oksigeni qorumaq üçün üzvi enerji mənbələri kimi həyati tələbləri də daxil ediləcəkdir.

Ay’da bir ev inşa etmenin maliyeti ve 4 kişilik bir ailenin zorunlu giderleri ne kadar? Tüm yönleriyle araştırıldı - 2

Ayda harada yaşamaq olar?

Ayın ailə həyatı üçün ən əlverişli sahələri tərtib edilib. Həmin ərazi Ayın şimalında yerləşir və Günəş Sistemindəki ən böyük kraterlərlərdən biridir.

Elektrin necə istehsal ediləcək?

Ayda yaşamaq fikri həyəcan verici bir həyat kimi səslənə bilər, amma bunu etmək üçün cəsarətli olanlar onunla birlikdə gələn "ay həyat tərzini" düşünməlidirlər.

Enerji hasil etmək həddindən artıq vacibdir və bu səbəbdən bəzi təchizatçılar müxtəlif variantlar üzərində düşünürlər.

Money analitikləri deyir ki, Ayda elektrik enerjisi istehsalının ən yaxşı yolu 13 milyard dollar dəyərində olan kiçik bir nüvə reaktoru almaqdır.

Alternativ olaraq, 34 günəş paneli qurmaqla da bir evə lazım olan kifayət qədər elektrik enerjisi istehsal etmək mümkündür.

Ay’da bir ev inşa etmenin maliyeti ve 4 kişilik bir ailenin zorunlu giderleri ne kadar? Tüm yönleriyle araştırıldı - 3

Yemək və su problemləri

Digər tərəfdən, Ayda yaşayan bir ailə də öz yeməyini yetişdirməlidir. Orta hesabla 4 nəfərlik ailənin ildə 1,1 ton qida istehsal etməsi üçün cəmi yeddi aylıq istixana ehtiyacı olacaq və çox miqdarda su tələb olunacaq.

Oktyabr ayında NASA, Ayın səthində astronavtlara kifayət qədər çatan suyun olduğunu açıqlasa da ancaq tonlarla məhsula su vermək üçün bu kifayət deyil.

Bir il ərzində rahat yaşamaq, kənd təsərrüfatı məhsulları yetişdirmək və bir ailənin fərdi su ehtiyaclarını ödəmək üçün 5.9 ton su lazımdır. Bu qədər su istehsalının yeganə yolu maye tullantıların təmizlənməsi və təkrar istifadəsidir.

Ay’da bir ev inşa etmenin maliyeti ve 4 kişilik bir ailenin zorunlu giderleri ne kadar? Tüm yönleriyle araştırıldı - 4

Digər tərəfdən, əvvəlki tədqiqatlar zamanı dünyaya qaytarılmış ay çirkabında, Çinin əvvəllər yerin enerji böhranını həll edə biləcəyini söylədiyi “helium 3’’ var idi. Bu vasitə ilə də Aydakı evlərə enerji vermək mümkün ola bilər.

Bu zaman “Helium-3” ionları radioaktiv olmayan nüvə birləşmə reaksiyalarını alovlandıracaq və hazırda dünyada mövcud olduğundan daha çox miqdarda daha təmiz və təhlükəsiz enerji istehsal ediləcəkdir.

Tərcümə: Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR