x
Loading...

Bakıda dumanlı hava sabahadək davam edəcək

.

"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur".

Bunu Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR