Ərini ağaca bağlayıb yoldaşına təcavüz etdilər -

İranın Rəzavi Xorasan vilayətində ər həyat yoldaşı ilə dağda gəzərkən 4 nəfərin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, onlar ailə başçısını ağaca bağlayaraq, həyat yoldaşına təcavüz ediblər. Ardınca iranlılar ərazidən uzaqlaşıblar. Ailənin şikayətindən sonra polis araşdırmalara başlayıb. Hadisəni törədənlər müəyyən edilərək, məhkəməyə çıxarılıb.

Yerli məhkəmə onlar barəsində edam hökmü çıxarıb və hökm icra edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR