Baydenin Putinə "qatil" deməsinin İNANILMAZ SƏBƏBİ -

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini “qatil” adlandırması müxtəlif müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, ekspertlərin fikrincə Byadenin sərt dildə danışmasının arxasında başqa məsələlər dayanıb. Onların sözlərinə görə, Putinin rəhbərliyi altında Rusiyanın ABŞ-ın qlobal maraqlarına zərbə vurması Vaşinqtonda qəzəblə qarşılanır. Bildirilir ki, Putinin atdığı addımlar nəticəsində ABŞ “tək super güc” ünvanını əldən verib. Vaşinqton dünya ölkələrinə əvvəlki kimi təzyiq göstərə bilmir.

Ekspertlər hesab edir ki, Baydenin sərt çıxışı əslində ABŞ-ın düşdüyü acınacaqlı durumu nümayiş etdirir. ABŞ-ın “soyuq müharibə”dən sonra qurduğu hegemoniyası pozulub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR