Gəncədə itkin düşən qızın meyiti tapıldı

Bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı qızın meyiti tapılıb.

Bu barədə Metbuat.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti bu gün Gəncə şəhərində zibilliklərin birindən tapılıb.

Qzın qətlində sevgilisi Sərdar Cəfərov şübhəli bilinərək saxlanılıb. İlkin ehtimala görə, S.Cəfərov qızı boğaraq öldürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR