Putin Baydeni üzbəüz görüşə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşməyə hazır olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

“Baydenlə cümə və ya bazar ertəsi görüşməyə hazıram. İki ölkə əlaqələrini qorumalıdır”, - Putin bildirib.

C.Baydenin Putinlə bağlı fikirlərindən sonra Rusiya liderinin təklifi maraq doğurub.

“Prezident Baydeni mübahisəmizə davam etməsi üçün dəvət etmək istəyirəm. Ancaq həqiqətən, canlı olaraq etmək şərtilə. Hər hansı bir təxirəsalma olmadan, birbaşa açıq, üz-üzə müzakirədə... Rusiya xalqı, ABŞ xalqı və digər bir çox ölkə bu məsələ ilə maraqlanır”, - deyə Putin qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR