Bir aylıq körpənin ölümünə sünnət səbəb olub? –

Sabirabadın Külkəndi kəndində bədbəxt hadisə baş verib. Bir aylıq Necati Əmrə ölüb.

Sabirabad rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsindən şifahi olaraq bildirilib ki, xəstə ötən gün saat 16:30 radələrində şöbəyə gətirilib.

Lakin şöbəyə gətirilən zaman körpə çoxdan keçinmiş olub.

Bu gün bir sıra KİV-də körpənin sünnət olduqdan sonra güclü qanaxma səbəbi ilə öldüyü haqqında məlumat yayılıb.

Amma körpənin valideynləri bu məlumatın əsassız olduğunu deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR