"Prezidentin son əfv sərəncamını ölkədə siyasi münasibətlər sisteminin yeni mərhələyə çıxarılması kimi də dəyərləndirmək mümkündür" -

"Prezident İlham Əliyevin 18 mart tarixində imzaladığı əfv sərəncamı (Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında) mahiyyət etibarilə humanist aksiyadır. Sərəncama əsasən, 625 nəfər məhkumun həyatında dəyişiklik baş verir:475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir; 98 nəfərin cəzası yarıyadək azaldılır; 3 nəfər ömürlük məhkumun cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənir və sair. 625 nəfər yalnız deyil,hər birinin ailəsi, qohum-əqrabası, yaxınları, əzizləri var. Bir bu qədər ailə sevinir, arzularına yetişir, milli bayramı yüksək ovqatda qeyd edəcəklər".

Bu sözləri Metbuat.az-a media eksperti Müşfiq Ələsgərli deyib. M. Ələsgərli bildirir ki, bu sərəncamın humanist mahiyyəti ilə yanaşı, siyasi çalarları da var:

"Son günlər ərzində silsilə şəkildə gerçəkləşdirilən tədbirləri nəzərə alsaq, sonuncu əfv sərəncamını siyasi amnistiya aktı,ölkədə siyasi münasibətlər sisteminin yeni müstəviyə çıxarılması kimi də dəyərləndirmək olar. Martın 13-də siyasi mövqeyindən, hər hansıbirdüşərgəyə mənsubluğundan asılı olmayaraq, bütün spektrləri əhatə edən şəxslərdən ibarət media və QHT nümayəndələri bir araya gətirildi, hakimiyyət nümayəndələrinin iştirakı ilə Ağdama səfər təşkil edildi. Bundan 2 gün sonra isə müxtəlif ideologiyalı partiyalar bir araya gətirildi, onların da Ağdama səfərləri təşkil edildi. Ardınca da əfv sərəncamı. Bu sərəncam da siyasi mənsubiyyətindən, dünyagörüşündən, hakimiyyətə münasibətindən fərqli olmayaraq, hər kəsə şamil edilib. Əfv sərəncamında adı keçənlərin 40-a yaxını siyasi məhbus siyahılarında yer alırlar. Onlardan bir neçəsi (4 nəfər deyilir) müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Təqribən 3 nəfər 2018-ci ilin yayında “Gəncə qiyamına” görə həbs edilmiş şəxslərdirlər. Əfvə düşənlərin sırasında 2015-ci ildə Nardaran qəsəbəsində baş verən olaylara görə həbs edilənlər də var. Yəni, “Nardaran məhbusları" da əfv edilənlərin sırasındadırlar. Ölkədə bütün sahələri əhatə edən islahatlar dalğası siyasi münasibətlər sistemini də dəyişir. Media sahəsində, ictimai-siyasi sektorda aparılan son islahatlar öz nəticəsini verir, yeni münasibətlər sistemi tətbiq edilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR