x
Loading...

Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

.

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir.

Metbuat.az-ın məlumatına görə, birinci yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar.

65 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Hacı Əliyev ilk görüşdə Böyük Britaniya idmançısına qalib gəlib. Güləşçimiz ikinci görüşündə türkiyəli rəqibini məğlub edərək yarımfinala yüksəlib. Daha sonra Moldova güləşçisindən üstün olan Hacı Əliyev finala yüksəlməklə Olimpiadaya lisenziya qazanıb.

Qeyd edək ki, final görüşü martın 19-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR