Sərhəddə kritik vəziyyət: Türkiyə ordusu hərəkətə keçdi -

Türkiyənin Müdafiə Nazirliyi Suriyadan Kilis vilayətinə təşkil edilən hücumla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, atılan iki mərmi boş əraziyə düşüb və partlamayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hücumdan dərhal sonra Türkiyə ordusu raketlərin atıldığı mövqeləri atəş altına alıb. Qarşı tərəfə layiqli cavab verilib.

Hadisə barədə Rusiyaya məlumat verilib və atəşkəsin bərpa olunması tələb olunub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR