Cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olundu -

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Metbuat.az trendə istinadən xəbər verir ki, müəssisədən 26 nəfər məhkum azadlığa buraxılıb.

Həmçinin sərəncama əsasən, müəssisədə cəza çəkən 14 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Bu gün 9 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası davam etdirilib.

Müəssisədə sərəncam şamil olunan 8 nəfərdən 5-i azadlığa buraxılıb, 3 nəfər məhbusun isə cəza müddəti azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub.

Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR