x
Loading...

İmzalanan əfv sərəncamı milli birliyə olan tövfhədir - Cavid Osmanov

.

Xəbər verdiyimiz kimi, martın 18 də cənab prezident İlham Əliyev 625 nəfərin əfvini nəzərdə tutan sərəncam imzaladı.

Sərəncamın məhkumların ailə üzvləri üçün əsl bayram hədiyyəsi olduğunu deyən millət vəkili Cavid Osmanov Metbuat.az-a bildirdi ki,

''625 nəfərə şamil edilən bu əfv sərəncamı məhkumların ailə üzvlərinin vəziyyəti, onların cəzaçəkmə müəssisələrində davranış qaydaları, hüquq müdafiəsi sahəsində çalışanların müraciələri nəzərə alınaraq imzalanmışdır.

Bu əfv sərəncamının xalqımızın adət-ənənələrini özündə birləşdirən Novruz bayramı ərəfəsində imzalanması təkcə məhkumlara deyil, onların ailə üzvlərinə, əzizlərinə,qohumlarına ən böyük hədiyyə saymaq olar.

Azərbaycan xalqı hər zaman ölkə prezidenti cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətində olan humanizm prinsiplərini, vətəndaş rifahı amillərini öz gündəlik həyatlarında hiss ediblər. Xalqımız milli birlik nümayiş etdirərək cənab prezidentin ətrafında sıx birləşiblər.

Elə imzalan əfv sərəncamı da prezidentin humanizm siyasətinin əyani sübutu olmaqla bərabər bu milli birliyə olan tövfhədir''.

Qeyd edək ki, imzalanan Sərəncama uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR