x
Loading...
.

Sərbəst güləşçimiz erməni rəqibini məğlub etdi

.

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.

Metbuat.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla üz-üzə gəlib.

İlk hissədə 4:5 hesabı ilə geridə olan Abakarov ikinci yarıda geridönüş edə bilib. Mxitaryanı 8:5 hesabı ilə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə Slovakiya pəhləvanı Boris Makoevə rəqib olub.

Qeyd edək ki, sərbəst güləşçilərin medal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR