x
Loading...
.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

.

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Püşkün nəticəsinə görə, "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya), "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) və "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütlükləri qarşılaşacaq.

Yarımfinalda isə "Bavariya" (Almaniya) - "PSJ" (Fransa) cütünün qalibi "Mancester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) cütünün qalibi ilə, "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) cütünün qalibi isə Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.

Final matçı mayın 29-da İstanbulda Atatürk stadionunda keçiriləcək. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR