Göyçayda ilk dəfə olaraq "Uğurunu paylaş" layihəsi keçirilib -

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçayda ilk dəfə olaraq "Uğurunu paylaş" layihəsinə start verilib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, layihə çərçivəsində gənc videoqraf və media işçisi Davud Tarverdiyevlə görüş keçirilib. Keçirilən görüşdə o, öz uğur hekayəsini gənclərlə bölüşərək, şəxsi bacarıqlarına necə yiyələndiyini və uğurlu gənc olmağa gedən yolda nələri bilmək lazım olduğunu onların diqqətinə çatdırıb.

Tədbirdə gənclərlə yanaşı rayon İcra Hakimiyyətinin rəsmiləri, bir çox yerli dövlət təşkilatlarının rəhbərləri və televiziya əməkdaşları da iştirak edərək, gənc videoqrafa karyerasında daha böyük uğurlar arzu ediblər. Daha sonra görüşdə iştirak edən gənc könüllü Məhsəti Kazımova qeyd edib ki, belə uğurlu gənclərimizin cəmiyyətdə olması müsbət haldır.

Sonda xatirə fotosu çəkilib.

Davud Tarverdiyev
Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR